Türkiyənin baş naziri Binəli Yıldırım ölkənin ailə və sosial siyasət naziri Fatma Bətul Sayan Kayanın Rotterdamdakı türk Baş konsulluğu ərazisinə buraxılmasına imkan verməyən Niderland hakimiyyətinin hərəkətlərini pisləyib. SİA-nın xəbərinə görə, bu barədə "Anadolu" yazır. Ankaranın cavab tədbirlərinin son dərəcə sərt olacağını bildirən Baş nazir Türkiyənin Niderland hakimiyyətinin hərəkətlərinə qətiyyətlə etiraz etdiyini açıqlayıb: "Türkiyəyə və diplomatik toxunulmazlığı olan nazirə təzyiq yolverilməzdir. Rotterdamdakı hadisə "böyük siyasi qalmaqal"dır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB