Niderland hökumətindən türkiyəli qadın nazirə HÖRMƏTSİZLİK

Niderland hökumətindən türkiyəli qadın nazirə HÖRMƏTSİZLİK

Niderland hökuməti Türkiyənin ailə və sosial siyasət naziri Fatma Betül Kayanı "arzuolunmaz əcnəbi" elan edib. Bu barədə "Röyters" yazır. Məlumata görə, Niderland hökuməti türkiyəli nazirin ölkədən çıxarılmasına qərar verib. Məlumat üçün nəzərnizə çatdıraq ki, Fatma Betül Kayanın avtomobili Türkiyənin Rotterdamdakı Baş Konsulluğuna yollanarkən Niderland polisi tərəfindən saxlanılıb. Nazirin səfərini işıqlandırmaq üçün Rotterdama səfər edən "Anadolu" və TRT-nin jurnalistlərinə də Baş Konsulluq istiqamətində hərəkət etmək qadağan olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə