Moskvadakı kinoteatrda bomba həyəcanı: 700 insan təxliyə edilib

Moskvadakı kinoteatrda bomba həyəcanı: 700 insan təxliyə edilib

Moskvanın "Arlekino" kinoteatrında partlayıcı qurğu barədə məlumatdan sonra 700-ə yaxın insan təxliyə edilib. Trend-in məlumatına görə, bu barədə "İnterfax"a hüquq-mühafizə orqanlarındakı mənbə xəbər verib. Mənbənin sözlərinə görə, partlayıcı qurğunun qoyulması barədə anonim məlumatdan sonra kinoteatrda təxliyə başlayıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib, mütəxəssislərin gəlməsi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə