Məşhur britaniyalı aktyor Con Fordcem 76 yaşında daxili qanaxma nəticəsində vəfat edib. "Deyli Meyl" nəşri xəbər verir ki, Uertinq şəhərində xəstəxanalardan birində dünyasını dəyişib. Martın 8-i Fordcem Şərqi Suseskdə qaldığı evdə çarpayıdan yıxılması nəticəsində səhhəti pisləşmişdi.
Qeyd edək ki, aktyor "Futbolçunun həyat yoldaşı", "Əjdahanın öpüşü", "İtaliyasayağı oğurluq" və s. məşhur filmlərdə rol alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB