Dəməşqdə dəhşətli partlayış: Azı 40 nəfər həlak olub

Dəməşqdə dəhşətli partlayış: Azı 40 nəfər həlak olub

Suriyanın paytaxtı Dəməşqdə, şəhərin mərkəzindən cənubda yerləşən qəbiristanlıq rayonunda iki partlayış baş verib. Korrespondent.net saytının ən son məlumatında deyilir ki, hadisə nəticəsində azı 30 nəfər həyatını itirib. Hədəfin şiə zəvvarlar olduğu bildirilir. Əl-Məyadin telekanalı isə iddia edir ki, partlayış 40 nəfərin həyatına son qoyub, 100-dən çox insan yaralanıb. Hökumət dairələrinə yaxın KİV-lər partlayışın terror təşkilatları tərəfindən törədildiyini iddia etsələr də, hadisənin məsuliyyətini hələlik heç bir qruplaşma üzərinə götürməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə