Hollandiya Türkiyə münasibətləri pik həddə

Mövlud Çavuşoğlunin təyyarəsinin eniş icazəsi ləğv edildi
Hollandiya Türkiyə münasibətləri pik həddə

Hollandiya hökuməti Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunin təyyarəsinin eniş icazəsini ləğv edib. Bu barədə Anadolu agentliyi Hollandiyanın NOS TV telekanalına istinadla məlumat yayıb.

Bir qədər əvvəl isə agentliyin saytında Cavuşoğlunun bu məzmunda bəyanatı yer almışdı: "Əgər Hollandiya mənim uçuş icazəmi ləğv etsə, əgər belə bir şey edərlərsə, bizim Hollandiyaya qarşı iqtisadi və siyasi sanksiyalarımız çox ağır olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə