Hindistanda 9 polis əməkdaşı öldürülüb

Hindistanda 9 polis əməkdaşı öldürülüb

Çxattisqarx ştatında silahlı maoistlərin hücumu nəticəsində Hindistanın ehtiyat polis qüvvələrinin azı 9 əməkdaşı öldürülüb. Xarici KİV-lər xəbər verir ki, insident martın 11-də Sukma dairəsində baş verib. Hadisənin təfərrüatları barədə məlumat yoxdur.

Hindistanda naksalitlər adlanan silahlı maoistlər ölkənin Bihar, Çxattisqarx, Carkxand, Oriss və bir sıra başqa ştatlarında aktiv fəaliyyət göstərirlər. Yaraqlılar cəngəllikdə gizlənərək partizan müharibəsi aparır və yaşayış məntəqələrinə soxularaq hökumət nümayəndələrinə hücumlar təşkil edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə