Artıq bir neçə gündür ki, ABŞ-ın Mişiqan ştatında 500 min insan elektrik enerjisiz qalıb. Bununla yanaşı, havanın temperaturu sıfır dərəcədən yuxarı qalxmır. SİA xəbər verir ki, bu barədə "vesti.ru" saytı yazır.
Qeyd olunur ki, ştat rəhbərliyi insanlara kömək etmək üçün xüsusi yardım mərkəzləri yaradıb. Bu mərkəzlərdə istənilən şəxs qızına, isti qida qəbul edə bilər. Mövcud problemin bu gün də davam edəcəyi və yalnız sabaha həll ediləcəyi deyilir.
Qeyd edək ki, Miçiqan ştatında martın 8-də baş vermiş güclü qasırğa nəticəsində kilometrlərlə elektrik enerjisi naqilləri sıradan çıxıb. Nəticədə bir milyondan çox insan işıqsız qalıb. Baş verən problemi aradan qaldırdıqdan sonra ştatın bəzi yerlərində elektrik enerjisinin verilişi təmin olunsa da, hazırda 500 min insan hələ də qaranlıqda qalıb.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB