Almaniya Daxili İşlər Nazirliyi PKK-nın keçmiş lideri Abdullah Öcalanın şəkli olan bayraq və simvolları qadağan edib. Axar.az xəbər ki, bu barədə "Şpigel Onlayn" məlumat yayıb. Belə ki, nazirlik bununla bağlı əyalətlərdəki təhlükəsizlik qüvvələrinə 5 səhifəlik bildiriş mətni göndərib.
Həmin mətndə Öcalanın da şəkli daxil olmaqla, PKK-ya məxsus 33 simvolun Almaniya ərazisində nümayişinin qadağan edildiyi göstərilib.
Qeyd edək ki, qadağa qoyulmuş simvollar arasında YPG-yə məxsus olanları da var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB