ŞOK: ABŞ-da təyyarə 12 dollara görə məcburi eniş edib

ŞOK: ABŞ-da təyyarə 12 dollara görə məcburi eniş edib

ABŞ-ın "Hawaiian Airlines" aviaşirkətinin Las-Veqasdan Havay adalarına uçuş həyata keçirən təyyarəsi məcburi eniş etməli olub. Trend-in məlumatına görə, sərnişinlərdən biri göyərtə bələdçisindən istədiyi yorğan üçün tələb olunan 12 dolları ödəməkdən imtina edib və aviaşirkətin rəsmi nümayəndəsi ilə görüşün təşkil olunmasını tələb edib. Nəticədə pilot təyyarəni Los-Anceles hava limanında endirməli olub.

Həmin sərnişin polis tərəfindən sorğu-sual olunduqdan sonra sərbəst buraxılıb və digər reyslə yola davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə