Norveç 2025-ci ilə qədər benzin və dizellə işləyən avtomobillərdən qurtulacaq
Norveç hökuməti 2025-ci ilə qədər benzin və dizellə işləyən avtomobillərdən mərhələlərlə imtina etmək hədəfini qarşıya qoyub. Buna nail olmaq üçün isə ölkə vətəndaşlarından ətraf mühitin çirkləndirilməsinə görə daha böyük məbləğdə vergi tutmaq planlaşdırılır.
"Vergiler.az" saytında yer alan məlumatda deyilir ki, hökumətin hədəfi düzgün siyasət yürütməklə ölkədəki bütün nəqliyyat vasitələrinin az və ya tullantısız işləyən növlərinə keçməkdir. Norveçdə "yaşıl vergilərin" tətbiq olunması, məmurların rəyinə əsasən, vətəndaşları təmiz nəqliyyat vasitəsi seçiminə təşviq edəcək. Bu prosesdə benzin və dizellə işləyən avtomobillər üçün heç bir qadağa qoyulması nəzərdə tutulmur.
Qeyd olunub ki, Norveçdə elektromobillər vergilərdən azad edilib. Bundan əlavə, onlara avtobus xətlərində hərəkət etməyə, eləcə də bərələrdə daşınmağa icazə verilir. Benzin və dizel yanacağı ilə işləyən avtomobil sahibləri isə bunun əksinə, atmosferə buraxılan karbon qazının həcmindən asılı olaraq böyük məbləğdə "tullantı vergisi" ödəməli olacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB