Martın 8-də Qvatemalada məişət zorakılığı qurbanlarının reabilitasiya mərkəzində baş verən yanğın nəticəsində ölənlərin sayı 28 nəfərə çatıb. AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, həkimlərin məlumatına əsasən, ötən gecə ərzində daha bir neçə uşaq aldığı yanıqlardan həyatını itirib.
Qvatemala hökuməti uşaqların ölümü ilə bağlı ölkədə üç günlük matəm elan edib. Prokurorluğun nümayəndəsi Abner Palasiosun sözlərinə görə, çox güman ki, mərkəzə sığınan yeniyetmələrin biri qəsdən döşəyini yandırıb və alov sonradan 600 uşağın yaşadığı binaya yayılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB