Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın Moskvada aparacaqları danışıqların əsas mövzusu Suriya böhranı olacaq. SİA RİA Novostiyə istinadən xəbər verir ki, görüş martın 10-da baş tutacaq. Dövlət başçıları Bəşər Əsədin gələcək taleyi, kürd məsələsi, Suriyanın bütün ərazilərində atəşkəsə əməl edilməsi ətrafında fikir mübadiləsi aparacaqlar.
Qeyd edək ki, prezidentlər Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclası çərçivəsində görüşəcəklər. Bu format Moskva-Ankara münasibətlərinin bütün sahələrini əhatə edir. Ekspertlərin fikrincə, hazırda Suriya nizamlanması və bu məsələdə ikitərəfli əməkdaşlığın gücləndirilməsi Rusiya və Türkiyə üçün əsas mövzudur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB