Koreya Məhkəməsi Prezidentin impiçmentinə dair qərarını sabah elan edəcək

Koreya Məhkəməsi Prezidentin impiçmentinə dair qərarını sabah elan edəcək

Koreya Respublikasının Konstitusiya Məhkəməsi Prezident Pak Kın Heyin impiçmentinə dair qərarını cümə günü elan edəcək. Konstitusiya Məhkəməsinin rəsmisi Bae Bo-yun bildirib ki, Prezidentin impiçmentinə dair məhkəmə iclası televiziya vasitəsilə canlı yayımlanacaq.

Yonhap agentliyi yazır ki, əgər məhkəmə parlamentin Prezident Pak Kın Hey barədəki impiçmentini təsdiqləsə, 60 gün ərzində ölkədə növbədənkənar prezident seçkiləri keçiriləcək. Məhkəmə impiçmenti rədd edəcəyi halda Pak Kın Hey gələn ilin fevralınadək prezidentlik fəaliyyətini davam etdirəcək.

Xatırladaq ki, ötən ilin dekabrında Koreya Respublikasının parlamenti korrupsiya qalmaqalında adı hallanan rəfiqəsinə himayədarlıq etdiyi iddia olunan Prezident Pak Kın Heyə impiçment elan etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə