Qvatemaladakı yanğın 19 uşağın həyatına son qoydu

Qvatemaladakı yanğın 19 uşağın həyatına son qoydu

Qvatemalada reabilitasiya mərkəzində baş verən yanğın nəticəsində ölən uşaqların sayı 19-a çatıb. APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 9 uşağın öldüyü bildirilirdi. Yanğın zamanı xəsarət alan 20 nəfər xəstəxanalara yerləşdirilib. Reabilitasiya mərkəzində baş verən yanğının səbəbi məlum deyil. Hadisə yerində polis və yanğınsöndürənlər işləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə