Parisdə Fransua Olland və Serj Sərkisyan arasında görüş olub

Parisdə Fransua Olland və Serj Sərkisyan arasında görüş olub

Parisdə Fransa Prezidenti Fransua Olland və Ermənistan Prezidenti Serj Sərkisyan arasında görüş keçirilib. APA-nın verdiyi xəbərə görə, tərəflər ikitərəfli münasibətlər, beynəlxalq vəziyyət və Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə ediblər.

"Fransa Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə verə bilər. Fransa ABŞ və Rusiya ilə birgə Minsk qrupunun həmsədridir. Biz son zamanlar baş verən insidentlərin təkrarlanmaması və münaqişənin siyasi yolla həllində maraqlıyıq", - deyə S.Sərkisyanla görüşün yekunlarını şərh edən F.Olland bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə