Ukraynalı nazir: Rusiya Ukraynanın 7,2% ərazisini işğal edib

Ukraynalı nazir: Rusiya Ukraynanın 7,2% ərazisini işğal edib

Üç illik müharibə nəticəsində Rusiya Ukraynanın 7,2% ərazisini işğal edib. Axar.az xəbər verir ki, bunu ABŞ Senatında çıxışı zamanı Ukrayna Xarici İşlər naziri Pavel Klimkin söyləyib. O, Rusiya işğalı ucbatından Ukraynanın 10 min nəfər itkisi olduğunu bildirib:

"Rusiya Donbasa minə yaxın artilleriya sistemləri, 400-dən çox tank və 200 raket sistemi göndərib. Donbasda həmçinin 4200 Rusiya əsgəri və 40000 terrorçu var. Krımda isə 23000 rus hərbçisi xidmət edir".

Bütün xəbərlər Facebook səhifəmizdə