Məsuliyyəti İŞİD öz üzərinə götürüb
Kabildə hospitala hücum

Əfqanıstanın paytaxtı Kabil şəhərinin ən böyük hospitalına hücuma görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb. Bildirilir ki, həkim paltarı geyinmiş şəxslər hospitala daxil olaraq atəş açıblar.

Əfqan polisinin məlumatına görə, hospitalda iki partlayış baş verib. Cinayətkarlarla təhlükəsizlik qüvvələri arasında baş verən atışma 6 saata yaxın davam edib. Hospitaldakı bütün xəstələr təxliyə edilib, yaxud təhlükəsiz yerlərə köçürülüblər.

Əfqanıstan Səhiyyə Nazirliyinin məlumatına görə, insident nəticəsində azı 30 nəfər ölüb, 66 nəfər yaralanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə