Fransada vəhşilik: Ağ kərgədanı öldürüb buynuzunu mişarla kəsiblər

Fransada vəhşilik: Ağ kərgədanı öldürüb buynuzunu mişarla kəsiblər

Naməlum şəxslər Fransada Tuari zooparkına girib ağ kərgədanı öldürüblər və onun buynuzunu mişarla kəsiblər. Trend-in verdiyi məlumata görə, naməlum şəxslər buynuzu götürərək hadisə yerindən qaçıblar. "Onlar kərgədanı güllələyiblər və buynuzlarından birini mişarla kəsiblər. İkinci buynuzda sadəcə mişarın izləri var və bu o deməkdir ki, onları kimsə qorxudub", - zooparkdan qeyd ediblər.

Hadisə ilə bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə