Kamçatka zəlzələ baş verib

Rusiyanın Kamçatka diyarında 5,4 bal gücündə zəlzələ baş verib. APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Tiliçiki kəndindən 80 km şimal-şərqdə, ocağı isə 20 km dərinlikdə yerləşib. Zəlzələ bir sıra yaşayış məntəqələrində hiss olunub. İlkin məlumata görə, zərərçəkən və dağıntı yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə