Netanyahu İranla bağlı sərt açıqlama verdi

Netanyahu İranla bağlı sərt açıqlama verdi

İran dünyada terrorizmin ən böyük hamisidir. Axar.az xəbər verir ki, bu sözləri İsrail Baş naziri Benyanmin Netanyahu İsrailin Buones-Ayresdəki səfirliyində törədilən teraktın 25 illiyi ilə əlaqədar keçirilən tədbirdə söyləyib.

"Biz bu terrorla mübarizə aparmağa borcluyuq. Buenos-Ayres teraktından sonra İsrail daha güclü olub. Biz Hizbullaha qarşı güclə cavab verəcəyik. Bizim qırmızı xətlərimiz aydındır və onları dəstəkləməkdən çəkinməyəcəyik. İsrailin təhlükəsiz sahəsindəki problemlərinin 80%-i İranla bağlıdır".

Qeyd edək ki, İsrailin Buenos-Ayresdəki səfirliyi 1992-ci ildə partladılıb. Nəticədə 29 nəfər ölüb, 242 nəfər yaralanıb. Terakta görə məsuliyyəti Hizbullah öz üzərinə götürüb. Bəzi mənbələr terakta o zamankı İran hökumətindən geniş dəstək verildiyini bildiriblər. İsrail sonradan bu teraktda iştirak edən şəxslərin böyük əksəriyyətinin məhv edilməsinə nail olub.

Bütün xəbərlər Facebook səhifəmizdə