Almaniyanın XİN rəhbəri Mövlud Çavuşoğluya zəng vurub

Almaniyanın XİN rəhbəri Mövlud Çavuşoğluya zəng vurub

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə almaniyalı həmkarı Ziqmar Qabriel arasında telefon danışığı olub. Türkiyə mətbuatının yazdığına görə, söhbət Almaniya tərəfinin təşəbbüsü ilə baş tutub. Danışıqların təfərrüatı barədə məlumat verilmir.

Bundan əvvəl nazirlər arasında martın 4-də telefon danışığı baş tutmuşdu. Söhbət zamanı M.Çavuşoğlu Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ və iqtisadiyyat naziri Nihat Zeybekcinin iştirakı ilə Almaniyada keçiriləcək tədbirlərin ləğvi ilə əlaqədar narahatlığını ifadə etmişdi. Nazirlər martın 8-də Almaniyada görüş keçirəcəkləri barədə razılığa gəlmişdilər.

Bütün xəbərlər Facebook səhifəmizdə