Rusiya Krım yarımadasına S-400 raketləri yerləşdiriləcək

Rusiya Krım yarımadasına S-400 raketləri yerləşdiriləcək

Rusiya Krım yarımadasının qərb hissəsinə "Triumf" adlı S-400 raketləri yerləşdiriləcək. Bu barədə Krım Agentliyi məlumat yayıb. "Krımın havadan müdafiəsi 2017-ci ilin ikinci yarısında S-400 raketləri sayəsində gücləndiriləcək. Həmin raketlər yarımadanın qərbinə də yerləşdiriləcək", - xəbərdə deyilib.

Qeyd edək ki, Triumf S-400-lər, 400 km-yə qədər məsafədə yerləşən obyektləri hədəf almaq qabiliyyətinə malikdir. Sistem, ballistik və kruis raketləri də daxil olmaqla istənilən hədəfi məhv edə bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə