ŞOK: Somalidə iki gündə 110 nəfər aclıqdan ölüb

ŞOK: Somalidə iki gündə 110 nəfər aclıqdan ölüb

Somalidə quraqlığın hökm sürdüyü regionda son iki gündə azı 110 nəfər aclıqdan ölüb. Bu barədə ölkənin baş naziri Həsən Əli Hayre məlumat verib. Ria Novosti informasiya agentliyinin məlumatında deyilir ki, hakimiyyət orqanları ölkədə milli fəlakət elan olunduğu çərşənbə axşamından bəri ilk dəfədir həlak olanların sayın barədə məlumat açıqlayıb. Həmin rəqəmlər yalnız ölkənin cənub-qərbindəki Bay regionu üzrədir. BMT-nin hesablamalarına görə, Afrika ölkəsinin 5 milyonadək sakini artan aclıq təhlükəsi fonunda yardıma ehtiyac duyur.

Bütün xəbərlər Facebook səhifəmizdə