İranda "S 300" zenit-raket kompleksi sınaqdan keçirilib. APA-nın Tehran bürosunun məlumatına görə, sınaq "Dəmavənd" təlimləri zamanı baş tutub. Təlimlərdə İranın yüksək çinli zabitləri və rəsmiləri iştirak ediblər. "Dəmavənd" təlimi "S 300" zenit-raket kompleksinin Pilotsuz Uçan Aparatları (PUA) və raketləri məhv etmək qabiliyyətini yoxlamaq məqsədi ilə keçirilib. Sınaqlar uğurla başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB