Portuqaliya Qolodomoru soyqırım kimi tanıyıb

Portuqaliya Qolodomoru soyqırım kimi tanıyıb

Portuqaliya parlamenti 1932-1933-cü illərdə sovet kommunist rejimi tərəfindən Ukrayna xalqına qarşı törədilmiş hadisəni(Qolodomor) Ukrayna xalqının soyqırımı kimi tanıyıb. SİA-nın məlumatına görə, bu barədə Ukrayna mətbuatı xəbər yayıb. Prezident Petro Poroşenko öz "Twitter" səhifəsində bununla əlaqədar rəsmi Lissabona minnətdarlığını bildirib.

Qeyd edək ki, Portuqaliya parlamentinin qətnaməsində 1932-1933-cü illərdə Ukrayna SSR ərazisində kütləvi aclıq səbəbindən insanların ölümü soyqırımı kimi tanınıb və bu hadisə pislənilib. Qolodomor zamanı 7 milyon ukraynalı aclıqdan ölüb.

Bütün xəbərlər Facebook səhifəmizdə