Serbiyanın baş naziri: "Yaxın həftələrdə Vladimir Putinlə görüşəcəm"

Serbiyanın baş naziri: "Yaxın həftələrdə Vladimir Putinlə görüşəcəm"

Serbiyanın baş naziri Aleksandr Vuçiç bildirib ki, Rusiya prezidenti Vladimir Putinlə görüşməyi planlaşdırır və bu görüş üçün Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerinidən icazə almaq fikrində deyil. Trend-in məlumatına görə, bu barədə Srbiya Nazirlər Kabinetinin başçısı mətbuat konfransında deyib.

Baş nazir deyib: "Yaxın həftələrdə Rusiya prezidenti Vladimir Putinlə görüş gözlənilir. Və mən bunu xanım Mogerini və ya başqa kimdənsə soruşmağı heç ağlımdan belə keçirmirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə