ABŞ Prezidenti Donald Trampın Nyu-Yorkdakı otelində (Trump International Hotel & Tower) yanğın olub. WABC telekanalının yaydığı məlumata görə, otel otaqlarının birində baş verən yanğın nəticəsində bir nəfər zərər çəkib. Qüllənin 47-ci mərtəbəsində qeydə alınan yanğın hazırda söndürülüb. Yanğına görə təxliyə elan olunmayıb.
Xatırladaq ki, Trump International Hotel & Tower şəhərin Orta Manhetten rayonunda, məşhur Mərkəzi parkın yaxınlığında yerləşən beşulduzlu otel-göydələndir. Nyu-York qülləsi ABŞ Prezidenti Donald Trampın sahibi olduğu Trump Hotel Collection otellər şəbəkəsinə daxildir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB