Almaniyanın Ankaradakı səfiri dünən Türkiyə XİN-nə çağrılıb. "Frans Press"in verdiyi xəbərə görə, səfirin çağırılmasına səbəb Türkiyənin ədliyyə naziri Bekir Bozdağın Almaniyanın Qagennau şəhərində planlaşdırılan çıxışının ləğv edilməsi olub. Qeyd edək ki, Almaniyada səfərdə olan türkiyəli nazir Bekir Bozdağın Qagennau şəhərində dünən axşam saatlarına planlaşdırılan çıxışı şəhər rəhbərliyi tərəfindən ləğv edilib.
Xatırladaq ki, Türkiyə əsilli alman jurnalisti Dəniz Yücəl bazar ertəsi İstanbulda həbs edilib. O, terror təşkilatında iştirak etməkdə, məlumatlardan qanuna zidd şəkildə istifadə etməkdə və terrorizmi təbliğ etməkdə şübhəli bilinir. Almaniya kansleri Angela Merkel Ankaradan jurnalistin azad edilməsini tələb edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB