Bəşər Əsədin əsgərləri Türkiyə ordusundan zərbə aldı

Bəşər Əsədin əsgərləri Türkiyə ordusundan zərbə aldı

Dünən axşam Türkiyə Silahlı Qüvvələri ilə Azad Suriya Ordusunun nəzarətində olan Fikha Sagir kəndinə daxil olmağa çalışan Bəşər Əsədə sadiq əsgərlər geri çəkilmək məcburiyyətində qalıb. Axar.az xəbər verir ki, ordu müttəfiq qüvvələrin ağır artilleriya zərbəsinə tab gətirə bilməyib və itki verib. Şiddətli atışma zamanı Əsəd ordusundan 2 əsgərin də girov götürüldüyü bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə