Türkiyədə 5,8 bal gücündə zəlzələ olub

Türkiyədə 5,8 bal gücündə zəlzələ olub

Türkiyənin Adıyaman vilayətində 5,8 bal gücündə zəlzələ baş verib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, episentri yerin 10 kilometr dərinliyində qeydə alınmış yeraltı təkanlar Qaziantep, Şanlıurfa, Malatya, Diyarbəkir, Kayseri, Elazığ, Mardin, Osmaniyə, Qəhrəmanmaraş, Batman, Siirt və Kilisdə də hiss edilib.

Adıyamanın Akdamar kəndinin muxtarı Nəcməddin Öztürk bildirib ki, zəlzələ nəticəsində 15 ev dağılıb, iki nəfər yaralanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə