Əfqanıstanın paytaxtı Kabildə ard-arda iki terror hadisəsi törədilib. SİA-nın məlumatına görə, bu barədə qeyd edən İTAR-TASS agentliyi yazır ki, partlayışlar nəticəsində 25 nəfər insan xəsarət alıb. Hadisə mərkəzi polis məntəqəsi yaxınlığında fəaliyyət göstərən və Dar-ül-Aman küçəsində yerləşən artilleriya liseyində baş verib. Bu küçədə bir çox əhəmiyyətli binalar və səfirliklər mövcuddur. Terrorçu özünü partladaraq məhz həmin nöqtələrə zərbə vurmağa çalışıb. Terrorun ardınca küçədə atəş səsləri eşidilib.
"Taliban" terror aksiyasını üzərinə götürdüyünü bəyan edib.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB