Rusiya və Çin hökumətləri veto qoydu Birləşmiş Millətlər Təşkilatı

Rusiya və Çin hökumətləri veto qoydu Birləşmiş Millətlər Təşkilatı

Dünən BMT-nin Təhlükəsizlik Şurasının iclası baş tutub. SİA-nın EURONEWS xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Cenevrədə keçirilən iclasda Moskva tərəfi yeddinci vetonu qoyaraq, Suriyaya müdaxilə olunma qərardadını, qərar olmaqdan çıxarıb.

Rusiya prezidenti Vladimir Putin Suriyanın daxili məsələlərinə müdaxiləni xəyanət kimi dəyərləndirib: "Nəzərə alınmalıdır ki, bu diplomatik danışıqlara pis təsir edə bilər".

Qeyd edək ki, Amerika tərəfi nümayəndəsi Nikki Haley isə bunu, baş verənlərə göz yummaq kimi izah edib: "Suriya hökumətinin xalqa qarşı kimyəvi silahdan istifadə etməsi bizləri olduğu kimi, sizləri də narahat etməlidir. Əgər müdaxilə olunmursa, bu, göz yummaq deməkdir".

Bütün xəbərlər Facebook səhifəmizdə