Rusiya və Tacikistan nüvə reaktoru tikəcək?

Rusiya və Tacikistan nüvə reaktoru tikəcək?

Rusiya və Tacikistan nüvə tədqiqat reaktorlarının tikintisi və istismarı sahəsində əməkdaşlıq edə bilərlər. Trend "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bu əməkdaşlıq nüvə enerjisindən sülh məqsədilə istifadə haqqında imzalanmış hökumətlərarası saziş çərçivəsində nəzərdən keçirilir. Saziş Rusiya Prezidenti Vladimir Putinin Düşənbədə tacikistanlı həmkarı Emoməli Rəhmonla apardığı danışıqların yekunu olaraq dünən imzalanıb. Bu, iki ölkə arasında atom enerjisi sahəsində hüquqi baza yaradan ilk sənəddir.

Bütün xəbərlər Facebook səhifəmizdə