Cənubi Afrika Respublikasının Yohannesburq şəhərində yüzə yaxın şəxs miqrantlara məxsus ticarət obyektlərini talan edib. Reuters agentliyinin verdiyi xəbərə görə, insidentin səbəbi və talan edilən mağazaların sayı açıqlanmır. Hadisə ilə əlaqədar bir nəfərin saxlanıldığı, daha bir neçə nəfərin axtarışda olduğu bildirilir. Fevralın 24-də CAR-ın Pretoriya şəhərində miqrantlara qarşı kütləvi aksiya keçirilib. Polis kütləni dağıtmaq üçün gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə edib, 150 nəfər saxlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB