Moqadişoda partlayış: 2 hərbçi və 3 polis əməkdaşı yaralanıb

Moqadişoda partlayış: 2 hərbçi və 3 polis əməkdaşı yaralanıb

Somalinin paytaxtı Moqadişoda partlayış baş verib. APA-nın "Sinxua" agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 2 hərbçi və 3 polis əməkdaşı yaralanıb. Məlumata görə, nəzarət-keçid məntəqəsində minalanmış avtomobil partladılıb.

Partlayışın "Əş-Şəbab" terror qruplaşması tərəfindən törədildiyi ehtimal edilir. "Əl Qaidə" qruplaşması ilə əlaqəli olan "Əş-Şəbab" qruplaşması Somalidə terrorçu fəaliyyətlə məşğuldur. Qruplaşma ölkənin mərkəzi hakimiyyət orqanlarına qarşı silahlı mübarizə aparır.

Bütün xəbərlər Facebook səhifəmizdə