İbrahim Tatlısəs Prezidenti təbrik etdi FOTO

İbrahim Tatlısəs Prezidenti təbrik etdi FOTO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı doğum günü münasibəti ilə məşhur müğənni İbrahim Tatlısəs sosial şəbəkədə təbrik edib.

SİA-nın verdiyi məlumata görə, müğənni öz şəxsi "İnstagram" sosial şəbəkəsində Türkiyə dövlət başçısını belə təbrik edib: "Yeni bir gün, yeni bir bazar ertəsi... Hava burda gözəl, inşallah sizin üçün də, məmləkətim üçün də gözəl bir həftə olar. Ad gününüz mübarək olsun hörmətli Prezidentim. Allah sizə sağlamlıqla bərabər uzun bir ömür versin. Sizin üçün və Türkiyə üçün hər şey yaxşı olsun İnşallah... Mən Türkiyəm ilə fəxr edirəm və burda doğulduğum üçün özümü çox şanslı görürəm, millətimi sevirəm... Mənim dualarım sizinlə, sizin də dualarınız mənimlə olsun İnşallah..!"

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan 26 Fevral 1954-cü ildə İstanbulun Qasımpaşa bölgəsində doğulub.

Bütün xəbərlər Facebook səhifəmizdə