Nigeriyada oğurlanan iki Almaniya vətəndaşı azad edilib. Reuters agentliyinin verdiyi xəbərə görə, onların fevralın 25-də azad edildiyi bildirilir. Hadisə ilə bağlı başqa detallar açıqlanmır. Arxeoloji ekspedisiyanın rəhbəri və onun köməkçisi fevralın 22-də Kaduna ştatında oğurlanmışdılar.
Məlumata görə, Frankfurt universitetindən olan bir qrup alım Nok sivilizasiyasının qalıqlarını öyrənirmiş.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB