Əfqanıstanda “Taliban” liderlərindən biri məhv edilib

Əfqanıstanda “Taliban” liderlərindən biri məhv edilib

Əfqanıstanda "Taliban" hərəkatının liderlərindən biri məhv edilib. Bu barədə TASS agentliyi xəbər yayıb. Məlumata görə, pilotsuz təyyarənin hərbi düşərgəni atəşə tutması nəticəsində "Taliban" hərəkatının Gündüz əyalətindəki liderlərindən biri olan Abdul Salam öldürülüb. Məlumata görə, atəş nəticəsində daha 2 silahlı məhv edilib.

Qeyd edək ki, son bir neçə ay ərzində Əfqanıstanın Nanqarxar, Gilmənd, Loqar və Gündüz əyalətlərində vəziyyət gərginləşib. "Taliban" və İŞİD silahlılarının fəallığı daha da artıb.

Bütün xəbərlər Facebook səhifəmizdə