Türkiyə Suriya ərazisini İŞİD-dən azad etməyə hazırdır

Türkiyə Suriya ərazisini İŞİD-dən azad etməyə hazırdır

Türkiyə Suriyanın Rakka şəhərini və digər ərazilərini İŞİD-dən azad etməyə hazırdır. SİA Anadolu agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O bildirib ki, Ankara ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın iştirakı ilə Suriyada həyata keçiriləcək növbəti addımları müzakirə edib: "Rakka şəhəri ilə bağlı məsələ Fransa, Böyük Britaniya, Almaniya nümayəndələri ilə müzakirə olunub. Düzgün planlaşdırma və yerli güclərin cəlb edilməsi ilə biz Suriya ərazisini asanlıqla İŞİD-dən azad edə bilərik".

Qeyd edək ki, Türkiyənin Baş Qərargahı bir neçə gün əvvəl Əl Bab şəhərinin tamamilə İŞİD terrorçularından azad edildiyini açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə