ABŞ mediası Ağ Evin addımını tənqid edib

ABŞ mediası Ağ Evin addımını tənqid edib

Amerika mediası bəzi jurnalistlərin Ağ Evdə təşkil edilmiş ənənəvi brifinqə buraxılmamasını kəskin tənqid edib. SİA TASS-a istinadən xəbər verir ki, ABŞ prezidentinin mətbuat katibi Şon Spayserin jurnalistlərlə keçirdiyi görüşə "The New York Times", "Politico" və "Los Angeles Times", CNN kanalının əməkdaşları buraxılmayıb. "The New York Times" məşrinin baş redaktoru Din Bekit bildirib ki, addministrasiyanın bu adımının analoqu yoxdur. Nəşrin digər nümayəndəsi Eylin Merfi isə indiyə kimi Ağ Evdə belə bir halın baş vermədiyini əlavə edib.

CNN kanalının rəsmi bəyanatında da baş verən hadisə qəbuledilməz adlandırılıb: "Biz buna baxmayaraq öz işimizi davam etdirəcəyik".

Digər mediaq qurumları tərəfindən də qərar kəskin tənqid olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə