Rusiya lideri Vladimir Putin SSRİ dönəmində inşa edilən "Xruşşovka" tipli binaların sökülməsi ilə bağlı Moskva meri Sergey Sobyaninə təlimat verib. Axar.az xəbər verir ki, Putinin başçılığı ilə keçirilən toplantıda mer Moskvada "Xruşşovka"ların söküntüsünün il sonuna qədər tamamlanacağını bildirib. Onun sözlərinə görə, 1.6 milyon moskvalı hələ də bu binalarda yaşayır.
Qeyd edək ki, SSRİ rəhbəri Nikita Xruşşovun (1953-1964) dönəmində Azərbaycan da daxil olmaqla, bir çox müttəfiq respublikalarda bu tip binalar inşa edilmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB