Ərdoğana sui-qəsddə təqsirləndirilən 2 türk əsgəri Yunanıstandan siyasi sığınacaq istəyib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana sui-qəsd təşkil etməkdə şübhəli bilinən daha 2 əsgər Yunanıstandan siyasi sığınacaq istəyib. Axar.az xəbər verir ki, bu barədə Yunanıstanın "Kathimerini" qəzeti məlumat yayıb. Həmin əsgərlərin bir neçə gündür ölkənin cənubundakı Dedeağac şəhərində qaldığı bildirilib:
"Hərbçilər qeyri-qanuni yollarla Evros üzərindən ölkəyə daxil olaraq, Kumçiftliyi polis şöbəsinə gətirilib. Həmin şəxslər vəkil vasitəsilə Dedeağaç məhkəməsinə müraciət edərək, ölkədən siyasi sığınacaq tələb ediblər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB