Pakistanda partlayış baş verib ölənlər var

Pakistanda partlayış baş verib ölənlər var

Bu gün Pakistanın Lahor şəhərində partlayış baş verib, altı nəfər ölüb, 15-dən çox insan yaralanıb. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, partlayış bir hissəsi zədələnmiş ticarət mərkəzində baş verib. Partlayış dalğasının təsirilə yaxınlıqda yerləşən evlərin şüşələri qırılıb.

Təhlükəsizlik qüvvələri partlayışın baş vermə səbəblərini araşdırır. Xilasetmə xidmətinin əməkdaşları yerli KİV-lərə binada generatorun partladığını bildiriblər. Buna baxmayaraq polis hadisənin terror aktı olması ehtimalını da istisna etmir.

Bütün xəbərlər Facebook səhifəmizdə