Mərakeşdə yaşayış evi uçub

Mərakeşin eyni adlı şəhərində yaşayış evi qismən uçub. APA-nın "Sinxua" agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 3 nəfər ölüb, 4-ü xəsarət alıb. Məlumata əsasən, bir ailənin üzvləri olan qadın hadisə yerində, daha iki uşaq isə xəstəxanada ölüb. Xəsarət alanların vəziyyəti və insidentin səbəbləri barədə məlumat verilmir

Bütün xəbərlər Facebook səhifəmizdə