Türkiyədə FETÖ ilə əlaqəsi olan 227 hakim və prokuror vəzifədən qovuldu

Türkiyədə FETÖ ilə əlaqəsi olan 227 hakim və prokuror vəzifədən qovuldu

Türkiyədə FETÖ təşkilatı ilə əlaqədə şübhəli bilinən daha 227 hakim və prokuror vəzifəsindən kənarlaşdırılıb. APA-nın "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, onlar ötən ilin iyulunda dövlət çevrilişinə cəhd ilə bağlı cinayət işi çərçivəsində vəzifəsindən kənarlaşdırılıb.

Türkiyə hakim və prokurorlar ali şurasının sədr müavini Mehmet Yılmazın bildirdiyinə görə, indiyədək dövlət çevrilişinə cəhd hadisəsi ilə bağlı 3886 hakim və prokuror vəzifəsindən uzaqlaşdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə