İki başlı oğlan uşağı FOTOLAR

İki başlı oğlan uşağı FOTOLAR

Hindistanda iki başlı oğlan uşağı dünyaya gəlib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, qeyri –adi doğulan uşaq bir neçə saatdan sonra vəfat edib.

Uşağın valideynləri- 30 yaşlı Nəsrin və 34 yaşlı Nəsim Məhəmməd açıqlamaları zamanı övladlarının iki başlı olduğunu qeysəriyyə əməliyyatından bir gün öncə, ilk dəfə ultrasəs müayinəsindən keçdikləri zamanı bildiklərini deyiblər. Bu xəbərdən pis olmayan cütlük 4 uşaqları olmasına baxmayaraq, övladlarından imtina etməyəcəklərini və onu necə olursa-olsun böyüdəcəklərini bildiriblər.

Yerli KİV-in məlumatına görə, həkimlər uşağı "möcüzə" valideynləri isə "Allahın hədiyyəsi" adlandırıblar. Hindistanda siam əkizlərinə çox yaxşı münasibət göstərilir. Onlar belə uşaqları ilahi güc daşıyıcıları hesab edirlər.

Məlumat üçün nəzərinizə çatdıraq ki, siam əkizləri bir bədən iki başdan ibarət olurlar. Siam əkizləri 100 mində bir doğulur, lakin sağ qalmırlar. Çünki onların daxili orqanları bütün funksiyaları yerinə yetirmək qabiliyyətinə malik olmurlar. Təxminən siam əkizlərinin 40 faizi ölü doğulur, 35 faizi isə doğulduqdan bir neçə gün sonra ölürlər.

Çox nadir hallarda siam əkizlərini ayırmaq mümkün olur. Lakin indiki halda uşaq sağ qalsaydı belə, həkimlər çətin ki ona nədəsə kömək edə bilərdilər.

Bütün xəbərlər Facebook səhifəmizdə