Türkiyənin Daxili İşlər Nazirliyi bir həftə ərzində ölkə daxilində aparılan əməliyyat nəticəsində 10 terrorçunun zərərsizləşdirildiyi haqqında məlumat yayıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə məlumatda deyilir: "13-20 fevral tarixində Jandarma Xüsusi Hərəkat, Jandarma Komando və Polis Xüsusi təyinatlı dəstələri tərəfindən 268 əməliyyat keçirilib. Əməliyyat zamanı təşkilata yardım iddiası ilə 1067 şəxs nəzarətə alınıb, onlardan 57-si həbs edilib. Xarici terrorçularla mübarizədə İŞİD-lə əlaqəli olduğuna görə 21 nəfər nəzarətə götürülüb, onlardan 5 nəfəri həbs edilib. FETO ilə mübarizə çərçivəsində həyata keçirilən əməliyyatlar nəticəsində isə 501 nəfər nəzarətə götürülüb ki, onlardan da 63-ü həbs edilib. SOL terror təşkilatları ilə mübarizədə isə bu təşkilatla əlaqəli olan 15 nəfər şəxs nəzarətə götürülüb. Bu müddət ərzində ölkədə daxili həyata keçirilən əməliyyatlar nəticəsində 3-ü ölü, 1-i yaralı, 5-i sağ, 1 isə özü təslim olmaqla cəmi 10 terrorçu zərərsizləşdirilib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB