Şimali Koreya lideri Kim Yonqun qardaşı Kim Yonq Namın Malayziyada öldürülməsinin sirri, hələ də açılmayıb.
SİA-nın EURONEWS xəbər agentliyinə istinadən verdiyi məlumata görə, hadisə ilə əlaqədar 4 şəxs saxlanılıb. İkisi qadın olan şübhəlilərdən biri Şimali Koreya, ikisi Vyetnam passportlu Malayziya, biri isə İndoneziya vətəndaşıdır. Polis hadisə günü ölkədən çıxan 4 Şimali Koreya vətəndaşının da şübhəlilər arasına olduğunu söyləyib: "Cəsədin yaxınlarından biri onun Kim Yonq Nam olduğunu təyin etməlidir. Hələ ki, məsələ ilə əlaqədar heç bir addım atılmayıb".
Qeyd edək ki, istintaq davam etdiyi üçün Malayziya hökuməti cəsədin Şimali Koreyaya verilməsini rədd edib.
Keçən həftə Kim Yonqun kardaşının öldürülməsinin ardından hal-hazırda iki hökumət arasında ciddi diplomatik kriz yaşanır. Hökumətlər qarşılıqlı şəkildə səfirlərini geri çağırdı. Məsələ ilə əlaqədar Malayziya tərəfi cinayətin Şimali Koreya tərəfindən təşkil edildiyini irəli sürdü.
Onu da qeyd edək ki, istintaq cəsədin üzərində araşdırma aparmaq qərarı qəbul edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB