Ötən gün Ekvadorda prezident seçkiləri keçirilsə də, heç bir namizəd lazımı səs faizini toplaya bilməyib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ilk turda hələ ki, 38,87 faiz səs çoxluğu ilə Lenin Morena liderlik edir, müxalifətin namizədi Qilermo Lasso isə 28,5 faiz səslə ikinci yerdədir.
Məlumat üçün nəzərinizə çatdıraq ki, Ekvadorun seçki qanunlarına görə, namizəd seçicilərin 40 faiz səsini toplamaqla, bununla yanaşı, yaxın rəqibini 10 faiz səs çoxluğu ilə qabaqlamaqla prezident seçilə bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB